Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / Azərbaycan atleti Dünya Kubokunda gümüş medal qazanıb

Azərbaycan atleti Dünya Kubokunda gümüş medal qazanıb

Azərbaycan tamblinqçisi Mixail Malkin Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda gümüş medal qazanıb.

Tamblinq növü üzrə yarışan idmançı final mərhələsində 74.600 xal toplayıb. Rusiyalı Vadim Afanasyev isə 75.100 xalla qızıl medala sahib olub. 

Qeyd edək ki, “AGF Trophy”də 30 ölkənin 160-dan çox gimnastı mübarizə aparıb. 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyan Dünya Kubokunda Azərbaycanı 5 idmançı təmsil edib. 

Batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov mübarizə aparıblar. Bu idmançılar finala vəsiqə qazana bilməyib. 

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …