Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / AFFA-dan gözlənilməz qərar: “Zirə”yə texniki məğlubiyyət verildi

AFFA-dan gözlənilməz qərar: “Zirə”yə texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantıda Azərbaycan Premyer Liqasının IV turunun oyunları ilə bağlı qərarlar qəbul olunub.
14 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının IV turunun “Qarabağ” – “Sumqayıt” matçının 70-ci dəqiqəsində “Sumqayıt” klubunun 74 №-li futbolçusu Yusif Nəbiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun başa çatdıqdan sonra “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).
5 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının IV turunun “Səbail” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).
“Səbail” – “Zirə” matçında “Zirə” komandasının heyətində limit pozulmuşdur. Belə ki, turnirin reqlamentinə əsasən protokola 1998 – ci il və ya daha gənc təvəllüdlü futbolçu daxil edilməlidir. “Zirə” komandası protokola 1998 – ci il və ya daha gənc təvəllüdlü futbolçu qeyd etmədiyinə görə, oyunun nəticəsi ləğv edilir, kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 97).
16 sentyabr 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının IV turunun “Sabah” – “Qəbələ” matçının 75-ci dəqiqəsində “Sabah” klubunun 19 №-li futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …