Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / PREZİDENT DAHA BİR İCRA BAŞÇISINI İŞDƏN ÇIXARTDI – Sərəncam

PREZİDENT DAHA BİR İCRA BAŞÇISINI İŞDƏN ÇIXARTDI – Sərəncam

Prezident İlham Əliyev Nazim İsmayılovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Nazim Mehdi oğlu İsmayılov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, N.İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonunun Kürdşaban kəndində anadan olub.

1991-1992-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini,1992-1994-cü illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini, 1994-2001-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini, 2001-2006-cı illərdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı, 2011-2019-ci illərdə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı olub. 2019-cu ildən Saatlı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …