Dünən Ukraynanın paytaxtı Kiyev şəhərində Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin “Yeni Qüvvələrin Hərəkatı” tərəfindən təşkil edilmiş “İmpiçment uğrunda marş” şüarı ilə başlanan aksiyaya davam edir. Azinforum.az-ın hazırda Kiyev şəhərində olan əməkdaşı Zərdabi Abbasovun bildirdiyinə görə, hazırda Saakaşvilinin rəhbərliyilə izdihamlı mitinq başlayıb. Aksiya iştirakçıları hazırkı prezident və onun komandasının istefasını tələb edirlər.
Mitinqdən ətraflı reportaj təqdim edəcəyik.
Zərdabi Abbasov,
Kiyevdən xüsusi olaraq Azinforum.az üçün