Cümə , Aprel 26 2024
Ana səhifə / Bölgələr / Ağdamın başçısından qadına hədə: “Səni içəri soxduracam” – Video

Ağdamın başçısından qadına hədə: “Səni içəri soxduracam” – Video

Ağdam rayon sakini Xeyransa Quliyeva icra başçısı Vaqif Həsənov tərəfindən həbslə təhdid olunub. Reportyor.info xəbər verir ki, bu barədə X.Quliyeva özü məlumat verib. Onun sözlərinə görə, icra başçısı ona Ağdamın sahibi olduğunu bildirib və əgər hansısa orqana şikayət etsə, onu həbsə göndərəcəyi ilə hədələyib.
“Mənə dedi ki, harasa şikayət etsən, səni soxduracam içəri…” – deyə ağdamlı sakin qeyd edir.
X. Quliyeva deyib ki, 44 günlük müharibə zamanı erməni tərəfinin atdığı mərmilərdən biri onların evinə zərər vurub, ev yararsız vəziyyətə düşüb. Bu günə kimi müvafiq qurumlara, o cümlədən Ağdam İH-nə müraciət edən zərər çəkmiş heç bir kömək olmayıb. Şikayətçi bildirir ki, həm icra başçısı, həm müavini onu təhqir edib.

“Oktyabrın 23-də gecə saatlarında atılan mərmi nəticəsində evimiz ziyan gördü. Baxın, tavan nə vəziyyətə düşüb. Mən müharibə gedən 44 gündə evimdən çıxmamışam. Bu şəraitdə yaşamışam. Amma heç bir yardım edilməyib. Halbuki Prezident tərəfindən müharibədən zərər çəkənlər üçün icra hakimiyyətlərinə vəsait ayrılır. Ağdam icra hakimiyyəti müraciətimizə baxmayaraq, bizə dəyən ziyanla bağlı tədbir görmür. Getdik başçının yanına, dedilər Vaqif müəllim yoxdur. Bizi müavini Arzu xanım qarşıladı. O, dərdimizi dinləmək yerinə, qışqırdı, bağırdı, bizi təhqir elədi. Dedi, pul yoxdur, imkanı olanlara verilib. Yanımda qazi anası varıydı, onu da aşağıladı. Özümə olan təhqirə yox, qazi anasına dediyi sözlərə dözmədim. Bu zaman icra başçısı bizi gördü” – X.Quliyeva söyləyib.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …