Ana səhifə / Gündəm / Kürdəmirdən deputat seçilən şəxs Belçika sakini imiş…

Kürdəmirdən deputat seçilən şəxs Belçika sakini imiş…

Belçika Krallığında yaşayan azərbaycanlı Müslüm Məmmədov 57 saylı Kürdəmir seçki dairəsindən Milli Məclisə deputat seçilib.

Strateq.az MSK-nın məlumatına istinadən bildirir ki, Brüsseldə yaşayan Müslüm Məmmədov 14 387 səs toplayaraq qalib gəlib. O, özünün anket məlumatında Belçika Krallığının Brüssel şəhərində yaşadığını göstərib. Bitərəf olan M.Məmmədov Brüsseldə Azərbaycan Kommunikasiya Ofisinin rəhbəridir.

2009-cu ildə fəaliyyətə başlamış bu ofis Belçikada lobbi xidmətinin təşkili ilə məşğuldur. Deputatlığa namizədin 35 yaşı var.

Təşkilatın əsas məqsədi Azərbaycanın siyasi, iqtisadi, mədəni xəbərlərini, eləcə də tarixi, qədim adət-ənənələrini, musiqisini Avropada, xüsusən də Brüseldə yerləşən Avropa cəmiyyətlərində yaymaqdır.

Ofis Brüsseldə yerləşir (200, Louise küçəsi, 1050, Brüssel, Belçika).

Həmçinin oxuyun

Azərbaycanla Ermənistan arasında Qazaxın 4 kəndi ilə bağlı protokol imzalandı

2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin …

Bir cavab yazın