Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Lənkəran şengen zona deyil ki… – Namizəd yerli məmurlara sərt xəbərdarlıq etdi

Lənkəran şengen zona deyil ki… – Namizəd yerli məmurlara sərt xəbərdarlıq etdi

Lənkəran Şəhər 73 saylı seçki dairəsindən namizəd olan Hüseyn Cavadzadə sosial şəbəkədəki rəsmi hesabı vasitəsilə seçicilərinə müraciət ünvanlayıb. 
Müraciətin bir surəti də Mia.az-a daxil olub.
Müraciətdə deyilir:
“ƏZİZ DOSTLAR!
 
Rəhmətlik Heydər Əliyev söyləyib ki: “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!”.
 
Mən də hər zaman həyata,həmvətənlərimə belə yanaşmışam. Və bunun üçün bəzi üzdəniraq məmurların vəzifə səlahiyyətlərindən sui -istifadə etmələri üzündən “demokratik seçki” utopiya kimi görünsə də xalqımızın dəstəyi, dövlətimizin qanunlarına arxayın olub seçki prosesinə qatıldım. Dünən Lənkəranda mənim və ətrafımın yaşadıqlarını bir statusla ifadə etmək olmaz. Artıq günün ilk hissəsində yaxınlarımın, komandamın həbsləri başladı. Daha sonra isə “Seçki” karuselində, topa-topa bülitenləri atanlara müdaxilə edən Bakıdan gələn müşahidəçilərimə ciddi təyziqlər oldu. Biz itirmədiyimiz abırımıza, həyatımıza, tərbiyəmizə sığınıb seçkini artıq saxtalaşdırmış belə tərbiyəsiz və şərəfsizlərlə  mübarizə apara bilməyəcəyimizi anlayıb, geri çəkildik. Amma işimiz bununla bitmədi. Bizim müşahidəçilər seçki boyu saxtakarlıqlara müdaxilə etməyib, ancaq onları videolentə alıblar. Artıq ən yuxarı instansiyalara mənim yaxınlarıma, lənkərandakı seçicilərimə olunan təzyiqlərlə bağlı məlumat verilib və hazırlanan video-hesabat da göndərilib. 
 
Hüseyn Cavadzadə
 
Mən bilirəm ki, səhifəmi dostlarımla bərabər, bəzi “xəfiyyələr” də izləyir. Onlara sözüm budur: “gedin, işinizlə məşğul olun. Mən, Lənkərana sizinlə mübarizə aparmaq üçün yox, lənkəranlılar üçün gəlmişdim. Bu müddət ərzində siz mənim gücümün bir hissəsini gördünüz, elə etməyin davamını da görəsiz! Haqq uğrunda mübarizəmiz davam edəcək. Şükür ALLAHa Lənkəran şengen zona deyil ki, orda işlər görmək, həmvətənlərimin yanında olmaq üçün sizdən icazə almaq lazım olsun. Mən hər zaman həmvətənlərimin yanında olacağam!”.
 
…Lənkəranlılara xüsusi təşəkkür etmək istəyirəm. Siz hər biriniz iradəniz, xarakteriniz, mənəviyyatınızla sübut etdiniz ki, XAN Lənkəranlısız! Çox sevindim ki, hələ manqurtlaşmayan əhali var. Və biz sizinlə az deyilik! Minnətdaram ki, biz, bu seçkilərdə həmrəyliyimizlə SEÇİLDİK! Birlikdə davam edirik, Yeni Azərbaycanda Yeni Lənkəran üçün!”.
Qeyd edək ki, bütün ictimai rəy sorğuları və online səsvermələrdə böyük üstünlüklə
birinci olan gənc namizəd seçkidə deputat Rüfət Quliyevə inzibati resursların dəstək olmasıyla bağlı bir neçə gün əvvəl müraciət yaymışdı. Həmin müraciət də o, Lənkəranda seçki saxtakarlığı ilə bağlı Lənkəran İcra Hakimiyyəti ilə DSK sədrinin planlarındanı ölkə başçısına şiakyət etmişdi…

 

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın