Çərşənbə , May 8 2024
Ana səhifə / Gündəm / İcra Hakimiyyətinin maşını qəzaya düşdü: yaralı var

İcra Hakimiyyətinin maşını qəzaya düşdü: yaralı var

Mingəçevir şəhərində bir qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report xəbər verir ki, hadisə 20 yanvar küçəsinin Heydər Əliyev prospekti ilə kəsişmə nöqtəsinə yaxın ərazisində qeydə alınıb.
Belə ki, “Mersedes” və “Mitsubişi” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Mitsubişi”də olan mingəçevirli qadın Ağayeva Diliş Mehman qızı ağır xəsarət alıb. Yaralı taksi ilə şəhər xəstəxanasına çatdırılıb.
Məlumata görə, qəza törədən 66 AA 155 dövlət qeydiyyat nişanlı “Mersedes” Yevlax rayon İcra Hakimiyyətinə məxsus xidməti avtomobildir.
Hadisə ilə bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Eldar Mahmudova yaxın şirkət dərslik istehsal edəcək – 826 minlik iş

Elm və Təhisl Nazirliyi 5-7-ci siniflər üçün kiçik ölçülü dərsliklərin istehsalı ilə bağlı elan etdiyi …

Bir cavab yazın