Cümə , Sentyabr 20 2019
Ana səhifə / Gündəm / “Gedirəm onu bıçaqlamağa” – Rasim Əliyevin ölümüylə bağlı şok açıqlama

“Gedirəm onu bıçaqlamağa” – Rasim Əliyevin ölümüylə bağlı şok açıqlama

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlində təqsirləndirilən 5 nəfərin işi üzrə açıq məhkəmə prosesi keçiriləcək.

İttiham olunan şəxslər Elşən İsmayılov, Kənan Mədətov, Camal Məmmədov, Arif Əliyev və Samir Mustafayevdir.

“ Azinforum.az ” qaynar.info-ya istinadən xəbər verir ki, Azərbaycanın futbol üzrə həvəskarlar çempionatında mübarizə aparan “Sabunçu” komandasının baş məşqçisi Emil Cəfərov məhkəmə prosesindən əvvəl ilginc informasiya verib. O, Samir Mustafayevin digər 4 nəfərlə bir maşında olay yerinə gəlmədiyini və təqsirsiz olduğunu bildirib: “Samir Mustafayev bizim “Sabunçu” komandasında oynayıb. Çox tərbiyəli, namaz qılan oğlandı. Özü də Rasim Əliyev kimi Bayılda qalır. Bizim komandada Pərviz Qabilzadə adında oğlan da oynayır, Rasimə ilk zərbəni vuran Elşən İsmayılovun uzaq qohumudu. O, Elşən və digərləri kimi “Razin” (Bakıxanov qəsəbəsi) uşağıdı…

Deməli, Elşən Pərvizə zəng edib ki, bəs jurnalist mənə söyüş söyüb, gedirəm onu bıçaqlamağa. Pərviz də deyib ki, işdəyəm, çıxa bilmirəm. Sonra Pərviz yenidən Elşənə getməsin deyə zəng vurub, ancaq o, telefona cavab verməyib. Pərviz isə Samir Bayılda olduğu üçün ona zəng edib deyib ki, qaqa, get onların qabağına, qoyma Rasimi döysünlər. Söhbət belə olub. Yalan deyirəmsə, mən şərəfsizəm. “Quran”a and olsun ki, Samir bu uşaqları heç tanımır. İstintaq zamanı da Samirlə digər 4 nəfər ayrı-ayrılıqda üzləşdirilib. Onlar da Samiri tanımadıqlarını bildiriblər”.

Cəfərov onu da bildirib ki, bu gün keçiriləcək prosesdən sonra böyük ehtimalla, Samir Mustafayev azadlığa buraxılacaq: “Elşən hadisə günü Pərvizə zəng etdiyi üçün onu 4 dəfə istintaq prosesinə çağırıblar. Şəxsən mənimlə ora gedib. Sizə dediklərimi Pərviz işi aparan müstəntiqə də deyib. Müstəntiq də deyib ki, Samirin günahı yoxdu. Samirə iki vəkil tutulub. Onlar da deyir ki, işi udmuşuq, burda onluq bir şey yoxdu”. (qaynar.info)

Qeyd edək ki, jurnalistin ölümündə “Qəbələ”nin futbolçusu Cavid Hüseynov da təqsirli bilinir. Hazırda Hüseynov da həbsdədir.

Həmçinin oxuyun

MİLLƏT VƏKİLİ DEPUTAT VƏSİQƏSİNİ GİROV QOYUB – 300 min dollar borca görə

Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov borca görə …

Bir cavab yazın