Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Gündəm / Biləsuvardakı evlərdən birində əşyalar naməlum səbəbdən alovlanır

Biləsuvardakı evlərdən birində əşyalar naməlum səbəbdən alovlanır

Biləsuvar rayonunun Bəydili kənd sakini Lazım Qarayevin evində bir müddətdir ki, əşyalar öz-özünə alışaraq yanır. Evdə ilk belə hadisə mart ayının 4-də baş verib. Əsasən günorta saatlarında baş verən yanğın əvvəlcə tüstü ilə müşayiət olunur. Ardınca isə həmin əşya naməlum şəraitdə alovlanır. Ən maraqlısı isə odur ki, bütün əşyalar daha çox uc tərəfindən yanır.

Evin zirzəmisində olan elektrik fanarlarının da ayrıcısı qəfildən yanıb. Bunun elektrik naqlillərindəki qısaqapanmadan baş verəcəyindən ehtiyatlanan Lazım Qarayev evə daxil olan xətlərini tamamilə dirəklərdən ayırıb.

Mənbəyi hələlik məlum olamayn yanğın təkcə Qarayevlər ailəsinin yaşadığı evdə yox, həm də həyətlərindəki digər tikililərdə – hamamda da baş verib.

Evə Biləsuvar yanğından mühafizə hissəsinin mütəxəssisləri baxış keçirsələr də, alovun nədən baş verdiyini müəyyənləşdirə bilməyiblər.

Azyaşlılar da daxil olmaqla 7 nəfərin yaşadığı ailə əşyaların qəfildən alışmasının evdə böyük miqyaslı yanğına səbəb ola biləcəyindən narahatdırlar. (“Xəzər TV”)

Həmçinin oxuyun

Sabir Nağıyevə general-leytenant rütbəsi verildi – Sərəncam

Prezident İlham Əliyev Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.  “Qafqazinfo” xəbər …

Bir cavab yazın