Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Bakıda 4 yaşlı uşağı kim bu hala salıb? – FOTOLAR

Bakıda 4 yaşlı uşağı kim bu hala salıb? – FOTOLAR

Azərbaycan Uşaqlar Birliyinin sığınacağına vəhşicəsinə döyülmüş 4 yaşlı oğlan uşağı gətirilib.

Birliyin rəhbəri Kəmalə Ağayeva virtualaz.org saytına deyib ki, uşaq Nərimanov rayonunda 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən küçədə tapılıb.

Uşağın başında və qollarında ciddi yaralar var. Həftənin birinci günü müayinələrdən keçiriləcək. Azyaşlının valideynləri tərəfindən döyülüb küçəyə atıldığı ehtimal edilir.

Hazırda ailəsi ilə bağlı araşdırma aparılır.

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın