Bazar ertəsi , May 6 2024
Ana səhifə / Dünya / Zurabişviliyə impiçment tələbi ilə aksiya – Foto

Zurabişviliyə impiçment tələbi ilə aksiya – Foto

Tiflisdə Gürcüstan Prezidenti Salome Zurabişviliyə impiçment tələbi ilə aksiya keçirilib.

Report xəbər verir ki, “Rusiya işğalçıdır” Hərəkatının təşkil etdiyi “Prezidentə qırmızı kart” şüarlı aksiya dövlət başçısının iqamətgahı qarşısında baş tutub.

İştirakçılar əllərində qırmızı kart, “Bizə NATO lazımdır!”, “Get Salome, get” şüarları tutaraq fit çalıblar və prezidentin impiçment prosesinin başlanmasını tələb ediblər.

Onlar bildiriblər ki, S.Zurabişvilinin Gürcüstanda ABŞ hərbi bazasının yerləşdirilməsinin məqsədəuyğun olmaması ilə bağlı səsləndirdiyi fikir Rusiyanın maraqlarına tam cavab verir.

Qeyd edək ki, “Rusiya işğalçıdır” Hərəkatının fəalları analoji şüar və tələblə mayın 2-də Gürcüstan parlamentinin binasında da aksiya keçiriblər.

Həmçinin oxuyun

Gürcüstan prezidenti Avropadan KÖMƏK İSTƏDİ

Gürcüstan prezidenti Salome Zurabişvili bu gün Tbilisidəki iqamətgahında toplaşdığı Avropa İttifaqına üzv ölkələrin səfirlərindən “xarici …