Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Yeni doğulmuş körpəni bidona qoydular və… – VİDEO

Yeni doğulmuş körpəni bidona qoydular və… – VİDEO

Türkiyənin Dənizli bölgəsində yaşanan hadisə hər kəsi şoka salıb.

Sarayköydə tarla ərazisində plastik bidonun içinə qoyulmuş körpə cəsədi tapılıb. Göbəyindəki sancaqdan körpənin xəstəxanada doğulduğu ehtimal olunur. Cəsəd çürüdüyü üçün körpənin cinsiyyətini müyyən etmək mümkün olmayıb. Körpənin ölüm səbəbi tibbi ekspertizadan sonra məlum olacaq.

Polis əməkdaşları uşağın anasını və körpəni ora atanları tapmaq üçün axtarışa başlayıb. Bidon tarlada qoyun otaran çobanlar tərəfindən tapılıb. İlkin ehtimala görə, uşaq 3 ay əvvəl dünyaya gəlibmiş./publika.az

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …