Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Ukraynalı analitik: “Paşinyanı Poroşenkonun taleyi gözləyir”

Ukraynalı analitik: “Paşinyanı Poroşenkonun taleyi gözləyir”

Ukraynadakı hadisələr Ermənistanda da gözlənilir. Cənab Paşinyan Zelenski deyil, o, tipik Poroşenkodur.

Bunu Ermənistanın 1in.am saytına müsahibəsində ukraynalı analitik Vitali Portnikov deyib.

“Paşinyan oliqarxik sistemin parçalanmasından sonra böyük ümid bəslənilən şəxsdir. Əhali görəndə ki, ümidləri doğrulmur, o zaman cənab Paşinyan cənab Poroşenko kimi sevilməz ola bilər.

Mən Ermənistanda baş verənlərlə Maydan arasında paralellər görürəm. Cənab Paşinyanın sizdə Maydan olmamasını sübut etmək üçün göstərdiyi bütün səylərə rəğmən deyə bilərəm ki, sizdə əsl Ukrayna Maydanı olub. Bizdə bu gün baş verənləri siz bir neçə il sonra görəcəksiniz”, – deyə o bildirib.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …