Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Ukraynada “qaz üsyanları”: yollar bağlandı – VİDEO

Ukraynada “qaz üsyanları”: yollar bağlandı – VİDEO

İstilik enerjisinin olmamasına görə bütün Ukraynanı mitinqlər bürüyüb.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, 10 şəhər istilik enerjisindən məhrum olub və ekspertlər genişmiqyaslı üsyanların gözlənildiyini qeyd edirlər.

Kiyev sakinləri küçələrə çıxaraq evlərinə istilik verilməsini tələb ediblər. Mitinqlərə görə Kiyevdə avtomobil yollarında böyük tıxaclar yaranıb.

Çerkas vilayətinin Smelı şəhərində vətəndaşlar üç avtomagistralı bağlayaraq, yalnız təcili yardım və marşrut avtobuslarına yol verirlər. Şəhər sakinləri artıq vəziyyətin dözülməz olduğunu və son həddə çatdıqlarını deyirlər.

Qeyd edək ki, noyabrın 1-dən Ukraynada qazın qiymətləri 23,5 faiz artırılıb. Bu Beynəlxalq Valyuta Fondunun Kiyevə maliyyə yardımı üçün qoyduğu tələblərdən biri çərçivəsində həyata keçirilib.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …