Ana səhifə / Dünya / “Ukrayna ordusu Baxmutu əldə saxlayır, irəliləyiş var” – Çerevatı

“Ukrayna ordusu Baxmutu əldə saxlayır, irəliləyiş var” – Çerevatı

“Ukrayna Silahlı Qüvvələri Baxmutun cənub-qərb hissəsində binaları və istehkamları qoruyub saxlayır”.

Ukrayna Ordusunun Şərqi Qüvvələr Qrupunun nümayəndəsi Sergey Çerevatı telemarafonun efirində bildirib.

“Müdafiəçilərimiz şəhərin cənub-qərb hissəsində bir neçə bina və istehkamı saxlayırlar. İtki riski az olan yerdə bölmələrimiz düşmənə əks-hücum edərək irəliləməyə çalışır. Xüsusilə, son 24 saat ərzində bəzi ərazilərdə 200 metrlik bölgədə irəliləyiş müşahidə olunub”, – Çerevatı bildirib.

O qeyd edib ki, Baxmut Rusiya ordusu üçün prioritet hədəf olaraq qalır və onlar hələ də şəhəri tam nəzarət altına almağa çalışırlar.

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşdü (FOTO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səkkiz illik fasilədən sonra ilk dəfə CHP lideri Özgür Özel …