Ana səhifə / Siyasət / Əhməd Obalıya qarşı sui-qəsdin arxasında İran dayan – AMİP

Əhməd Obalıya qarşı sui-qəsdin arxasında İran dayan – AMİP

AZƏRBAYCAN MİLLİ İSTİQLAL PARTİYASININ

BƏYANATI

Azərbaycan Milli İstiqlal Partiyası olaraq Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, Amerikada mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz Obalının ABŞ-da vəhşicəsinə döyülməsini birmənalı olaraq terror aktı kimi qiymətləndirir və bunu şiddətlə qınayırıq.

Bütün ömrünü Güney Azərbaycanın haqq səsini dünyaya çatdırmağa həsr edən Əhməd bəyə qarşı bu sui-qəsdin arxasında İran xüsusi xidmət orqanlarının dayanması ehtimalı kifayət qədər yüksəkdir. Bu terror aktının icraçıları ilə yanaşı sifarişçilərinin də tezliklə müəyyənləşdirilərək saxlanılacağına inamımızı ifadə edərək Əhməd bəyə və oğluna şəfa diləyir, Güney Azərbaycanın istiqlalı uğrunda mübarizədə hər kəsi bir yumruq kimi birləşməyə çağırırıq.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …