Məlum olduğu kimi, Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka
əslən azərbaycanlı olan Gündüz Məmmədovu özünə müavin təyin edib. Belə
ki, Ryaboşapka müvafiq əmri 18 oktyabr tarixində imzalayıb.
Məlum olub ki, Gündüz Məmmədov 1974-cü ildə Gəncə şəhərində doğulub.
1996-cı ildə İ.İ.Meçnikov adına Odessa Dövlət Univesitetini
“hüquqşünaslıq” ixtisası üzrə bitirib. 1996-cı ilin oktyabr ayından
2013-cü ilin mart ayına qədər müxtəlif bölgələrdə prokuror köməkçisi,
rayon prokurorunun müavini, şöbə prokuroru, şöbə müdiri, şəhər prokuroru
və vilayət prokurorunun müavini vəzifələrində çalışıb.
2014-cü ildə Odessa prokuroru, 2015-ci ilin dekabr ayından Odessa
vilayətinin prokurorunun müavini olub, 2016-cı ilin avqustundan Krım
Muxtar Respublikasının prokuroru vəzifəsini icra edib.
Eyni zamanda o da bəlli olub ki, Gündüz Məmmədov tanınmış vəzifəli
şəxsin qardaşıdır. Belə ki, onun qardaşı Elçin Məmmədov “SOCAR Energy
Ukraine” şirkətinin rəhbəridir.
Elçin Məmmədovun digər qardaşı isə maliyyə naziri Samir Şərifovun müşaviri Adil Məmmədovdur.
(sfera.az)