Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Türkiyədə bütün muzey və kolleksionerlərə xəbərdarlıq edildi: prezidentə məxsus əşyalar oğurlanıb

Türkiyədə bütün muzey və kolleksionerlərə xəbərdarlıq edildi: prezidentə məxsus əşyalar oğurlanıb

Türkiyənin Malatya şəhərində muzeylərdən Turqut Özal və İsmət İnönüyə məxsus 5 tarixi əşya oğurlanıb.

Virtualaz.org Türkiyə KİV-inə istinadən xəbər verir ki, əşyalar İnönü Universitetinin binasında yerləşən Turqut Özal Muzeyi kolleksiyasından və İsmət İnönü Muzeyindən yoxa çıxıb. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin müfəttişlərinin bildirdiklərinə görə, bunlar 8-ci prezident Turqut Özala aid əşyalar, üzərində Ana Vətən Partiyasının arı loqosu olan saat və metal durbin, həmçinin İsmət İnönü Muzeyindəki kolleksiyaya daxil olan cib saatı, möhür və qutusudur.

İtən əşyalarla bağlı araşrdırmaya başlayan Malatya Mədəniyyət və turizm idarəsi yanvarın 8-dən bütün muzey və kolleksionerlərə xəbərdarlıq edib. Həmçinin nazirliyin saytında da itən əşyalarla bağlı ətraflı məlumat verilib.

 

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …