Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / “Türkiyə Kandildə hər an əməliyyata başlaya bilər”

“Türkiyə Kandildə hər an əməliyyata başlaya bilər”

“Türkiyə Kandildə hər an əməliyyatlara başlaya bilər”.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Bekir Bozdağ jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri terrorçuluğa qarşı mübarizə aparmaq üçün İraqın şimalındadır: “Türkiyə Silahlı Qüvvələri Kandil və İraqın şimalından terrorçuların Türkiyə ərazisinə daxil olmasının qarşısını almaq üçün oradadır. Kandilin terrorun mərkəzi olduğunu bilməyən yoxdur. Biz İraqın şimalında da terrorçuların sığınacağına girməyə davam edirik. Türkiyə Kandildə dəfələrlə hərbi əməliyyatlar keçirib. Bundan sonra da hər şey ola bilər”.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …