Cümə axşamı , May 2 2024
Ana səhifə / Dünya / “Türkiyə ilə sərhəddəki buraxılış məntəqəsi istismara hazırdır” – Ermənistan XİN

“Türkiyə ilə sərhəddəki buraxılış məntəqəsi istismara hazırdır” – Ermənistan XİN

Türkiyə-Ermənistan sərhədindəki Əlican sərhəd-buraxılış məntəqəsi istismara hazırdır.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ermənistan tərəfi sərhədin üçüncü ölkənin vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılması üzrə Türkiyədən pozitiv siqnallar gözləyir”, – deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, bir müddət bundan əvvəl erməni KİV-ləri Ermənistan hökumətinin Türkiyə ilə sərhəddəki Əlican sərhəd-buraxılış məntəqəsinin özünə aid hissəsində gömrük məntəqəsi tikmək niyyətində olduğunu yazmışdı.

Qərarın Ermənistan hökumətinin iclasının gündəliyinə daxil edilməsi də vurğulanmışdı.

Həmçinin oxuyun

Meral Akşeneri o əvəz etdi – FOTO

Türkiyədə müxalifətdə olan “İYİ” Partiyanın yeni sədri məlum olub. Belə ki, pariyanın bu gün keçirilən …