Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Türk ordusu daha bir istiqamətdən Afrinə girdi: “Şiddətli küçə döyüşləri gedir”

Türk ordusu daha bir istiqamətdən Afrinə girdi: “Şiddətli küçə döyüşləri gedir”

Türkiyə ordusunun dəstklədiyi Azad Suriya Ordusu (ASO) bu gün səhərdən etibarən, daha bir istiqamətdən Afrin şəhər mərkəzinə doğru əməliyyata başlayıb.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, ASO üzvləri Afrin şəhərinin cənub-şərq istiqamətindən məhələlərə daxil olub: “Hazırda bu istiqamətdə də şiddətli küçə döyüşləri gedir. Türkiyə ordusu hələlik havadan ASO-ya dəstək verir”.

Onu da qeyd edək ki, Türkiyə Afrinin mərkəzindən dinc sakinlərin çıxması üçün 2 km-lik dəhliz saxlayıb. BMT-nin açıqladığı rəsmi məlumata görə, son bir neçə gün ərzində şəhəri 50 minə yaxın dinc sakin tərk edib.

Türkiyə prezidenti Ərdoğan isə son açıqlamasında Afrinin fəth edilməsinin an məsələsi olduğunu bəyan edib: “Buranı PYD/YPG terrorçularından təmizlədikdən sonra afrinlilər təhlükəsiz formada evlərinə dönəcəklər”.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …