Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Turistlər yeni il bayramını əsasən bu şəhərlərdə keçirirlər – SİYAHI

Turistlər yeni il bayramını əsasən bu şəhərlərdə keçirirlər – SİYAHI

Hansı şəhər bayram günü nə vəd edir?

Yeni ilə sayılı günlər qalıb. Hər kəs bu bayramı harada, necə keçirəcəyini təxminən müəyyənləşdirib. Kimi paytaxtda, kimi ölkədən kənarda, kimi əzizlərinin yanında, rayonda. Elə dünya əhalisi də bizim kimidir. Onların da yeni il planları və proqramları hazırdır.

Musavat.com dünya mediasına istinadən hər il insanların daha çox tərcih etdiyi yeni il planları, daha dəqiq desək, bayramı keçirdikləri şəhərlərlə bağlı siyahını təqdim edir. Oxuyun və sizə məlum olsun ki, insanlar daha çox yeni il bayramını hansı şəhərlərdə keçirirlər.

New York Yılbaşı

1. Nyu York, Ameika

Hər il milyonlarla insan yeni ili qarşılamaq üçün Nyu Yorka Times Square’ya axın edir. Haqsız da sayılmazlar. Çünki hər tərəfi minlərlə kristan üçbucaq və işıqla dolu olan məşhur “Yeni il Topu”nun düşüş anı olduqca əyləncəli olur. Təbii ki, indiyə qədər aralarında Lady Gaga, Justin Bieber və Miley Cyrus kimi ulduzların verdiyi konsertləri də unutmamaq lazımdır.

Yeni Yıl Sidney Yılbaşı Kutlamaları Havai Fişek

2. Sidney, Avstraliya

Dünyada yeni ilə ilk girənlərdən olmaq üçün Sidneyə getməyə nə deyirsiz? Avstraliyanın əyləncə və mədəniyyət paytaxtı olan bu ezackar şəhər, yeni ili Azərbaycandan 11 saat öncə qarşılayır. Yeni il qşənliyi üçün tam 50-dən artıq qayıqdan atılan fişənglər, şəhərin simvollarından olan Sidney Opera Binasının üzərində par-par parıldayır.

Yeni Yılda Berlin Yılbaşı Kutlamaları

3. Berlin, Almaniya

Avropanın ən böyük açıq hava partisi hər il Berlində baş tutur. Burada görüşən milyona yaxın insane siz də qatılın, Brandenburg Qapısında gecə boyu məşhur qrupların və DJ-lərin performansları ilə coşmağa hazır olun. Brandenburg Qapısı Berlində görüləcək yerlərin başında gəlir.

Madrid Yılbaşı

4. Madrid, İspanya

On minlərlə Madrid sakini yeni ildə öncə Puerto del Sol Meydanında saatın qarşısında toplaşıb, yeni ildə şans gətirdiyinə inandıqları üçün 12 ədəd üzüm yeyirlər. Yerli rituallara siz də qoşularsız, bilmirəm. Amma şəhərin ən məşhur küçələrindən olan Gran Viada toplaşaraq göz alıcı hava fişəng şoularını izləyib səhərə qədər əylənə bilərsiniz.

Rio Yılbaşı Kutlamaları

5. Rio de Janeyro, Braziliya

Məşhur Rio Karnavalından sonra şəhərin ən böyük ikinci diqqətçəkən aksiyası heç şübhəsiz ki, 31 dekabrda keçirilən bayram şənliyidir. Hər il milyona yaxın ziyarətçi, dəniz zövqü yaşayarkın canlı musiqi və hava fişəng şoularını da izləyə biləcəkləri Riodakı  Copacabana Plajına axın edir. Bütün gün davaç edən əyləncələrin ardınca saatlar gecə yarısını göstərdiyi zaman qayıqlardan fırladılan hava fişəngləri göy üzünü bayrama çevirir.

Reykjavik Yılbaşı

6. Reykyavik, İslandiya

İslandiyanın kiçik paytaxtı Reykyavik yeni ildə insan sayı baxımdan Nyu York və Berlin kimi şəhərlərlə rəqabətə girə bilməsə də, rəngarəng hava fişəngləri nümayişinə görə digərlərindən heç nə ilə fərqlənmir. Üstəlik, ən təsiredici təbiət hadisələrindən olan cənub işıqları da arxa planda görünə bilir. Təbiət tətili keçirərək, möhtəşəm mənzərələr görə bilərsiiniz.

Yeni Yıl Paris Yılbaşı

7. Paris, Fransa

Romantik tətillərin bir nömrəsi Paris, yeni ol qutlamaları deyiləndə ağla gələn ilk şəhərlərdən biridir. İstər Eyfel Qülləsindəki göz qamaşdırıcı işıq şoularını izləyin, istərsəniz Champs-Elysees’dəki küçə partisində parislilər isə sampan qədəhlərinin müşayiəti ilə, mahnılar və rəqslərlə yeni ilə girin.

Yılbaşında Amsterdam Yeni Yıl Kutlamaları

8. Amsterdam, Hollandiya

Amsterdamda yeni ildə demək olar ki, hər küncdə bir küçə partisinə rast gələ bilərsiniz. Amma əgər daha böyük, daha təşkilatçılığı yüksək əyləncə istəyirsinizsə, istiqamətinizi Dam, Rembrandtplein, Nieuwmarkt və Museumplein kimi meydanlara çevirmək istəyəcəksiniz. HHava fişəngləri şoularını şəhərdəki körpülərin üzərindən izləyin və şouların ardınca səhərə qədər əylənmək üçün Amsterdamdakı saysız-hesabsız gecə klublarından birinə keçin.

Las Vegas Yılbaşı

9. Las Vegas, ABŞ

Las Veqas Amerikanın təkcə kazino mərkəzi deyil. Bu şəhərdə seçimləriniz olduqca çoxdur. Lazer şouları ilə dolu küçə partilərində insanlar əylənir, ya da otellərdə, kazinolardakı konsert, şoulardan birinə qatılırlar.

Yeni Yılda Londra Yılbaşı Kutlamaları

10. London, İngiltərə

İngiltərənin paytaxtında yeni ili qeyd etmək üçün ən yaxşı yer Tayms Çayının sahilləridir. Burada 250.000-dən artıq insana qoşularaq, London Eye və ətrafındakı nəfəs kəsici işıq şoularını izləyə bilərsiniz. Amma “yatmayan şəhər” adlandırılan Londonda əyləncə gecə ilə bitmir. Yeni ilin ilk günündə Piccadillidən Parlament Meydanına qədər davam edən bir yeni il yürüşü təşkil edilir.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …