Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Tramp Fələstinə yardımı kəsdi:”Onlar bizə hörmətsizlik elədi”

Tramp Fələstinə yardımı kəsdi:”Onlar bizə hörmətsizlik elədi”

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Fələstin Milli Administrasiyası hörmətsizlik sərgilədiyi üçün Birləşmiş Ştatlar ona yardım göstərməkdən imtina edəcək.

Bu barədə “Reuters” xəbər yayıb.

“Onlar bizə hörmətsizlik sərgilədilər”, – deyə Tramp bildirib.

O, qeyd edib ki, Fələstin Milli Administrasiyası ABŞ vitse-prezidenti Mayk Penslə görüşdən imtina edib. Ağ Ev rəhbəri əlavə edib ki, fələstinlilər danışıqlar masası arxasına əyləşməyənədək, ABŞ onlara maliyyə yardımı göstərməyəcək/Report

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …