Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Tbilisidə növbəti etiraz aksiyası keçirilib

Tbilisidə növbəti etiraz aksiyası keçirilib

Tbilisidə parlament binası önündə keçirilən etiraz aksiyası başa çatıb.

Təşkilatçılar aksiyanın iyulun 3-də saat 19:00-da bərpa olunacağını bildiriblər.

Bugünkü aksiyada heç bir insident qeydə alınmayıb.

Təşkilatçılar daxili işlər naziri Giorgi Qaxaria istefa verənə qədər hər gün aksiya keçirəcəklərini qeyd ediblər.

*   *   *20:21 (02.07.2019)

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası başlayıb.

Sayca 13-cü olan aksiyanın tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.

Aksiyaya müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının üzvləri və tərəfdarları da qatılıb.

Təşkilatçılar bildiriblər ki, bugünkü aksiyada tribuna daha çox musiqiçilərə veriləcək. (Report)

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …