Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Tacikistanda səhər idmanı icbari oldu

Tacikistanda səhər idmanı icbari oldu

Tacikistanda şənbə günləri səhər idmanı  bütün dövlət qurumları, idarələri və təşkilatlarının işçiləri üçün icbari olub.  
Bu barədə ölkənin gənclər və idman məsələləri üzrə komitəsinin sədri Axtam Abdullazadə bəyanat verib.
 “Tacikistan prezidentinin icra aparatı  ilin sonuna kimi hər şənbə bütün şəhər və rayonlarda səhər idmanının keçirilməsi haqqında tədbirlər planını təsdiq edib”deyə komitə sədri bildirib.
Onun sözlərinə görə, şənbə günləri səhər idmanının təşəbbüskarı məhz Tacikistan prezidentidir.
Ötən şənbə qrafik üzrə ilk olaraq səhər idmanına Tacikistan inşaat və memarlıq komitəsinin əməkdaşları çıxıb.
Xatırladaq ki, yanvar ayından etibarən Tacikistanın DİN əməkdaşları nazir Ramazan Rəhimzadənin göstərişi ilə   həftədə 2 dəfə icbari qaydada səhər idmanı, kros və üzgüçülüklə məşğul olur.(Oxu.Az)

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …