Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Sabançıların gəlini ilə bağlı xəbər gündəm yaratdı -FOTO

Sabançıların gəlini ilə bağlı xəbər gündəm yaratdı -FOTO

Türkiyənin məşhur milyarder ailələrindən olan Sabançıların gəlini Nazlı Kayının anası ilə bağlı şok xəbər gündəm yaradıb.

“Takvim” xəbər verir ki, 2020-ci ilin dekabr ayında Hacı Sabançı ilə nişanlanan Nazlı Kayı ailəsini yox sayıb, onlarla heç bir fotosunu paylaşmayıb.

Sosial mediada yayılan xəbərlərə görə, bursalı gözəlin anası Dənizlidə və ABŞ-da bəzi şəxslərə qarşı fırıldaqçılıq edib.

Kayının ailəsini bu səbəbdən gizlədiyi ehtimal olunur.

“Instagram” da 211 min izləyicisi olan Kayı bacısı Hazal, anası Günəş Dimili və Bursada ayaqqabı mağazası olduğu deyilən atası ilə foto paylaşmayıb.

2017-ci ildən birlikdə olan Nazlı Kayı və Hacı Şabançının ötən ilin 18 dekabrında baş tutan nişan mərasimi uzun müddət gündəmdən düşməmişdi.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …