Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Rusiya şəhərində “Mən hicabı sevirəm” aksiyası keçirildi – Gözlənilməz + FOTO

Rusiya şəhərində “Mən hicabı sevirəm” aksiyası keçirildi – Gözlənilməz + FOTO

Fəallar məktəbli qızlara hicabın vacibliyi və əhəmiyyəti haqda məlumat veriblər…
Bu günlərdə Rusiyanın  Saratov şəhərindəki “Məktəb” adlı bazar məktəbində sinifdənkənar “Mən hicabı sevirəm”  aksiyası keçirilib.
Moderator.az-ın rusdilli İslam saytlarına istinadla verdiyi xəbərə görə,  tədbir çərçivəsində “Dirçəliş” mədəni-maarif təşkilatının fəalları kiçik və orta qrup şagirdlərinə qız və qadınların örtünməsinin vacibliyi və əhəmiyyəti barədə  məlumat veriblər. Görüş zamanı qızlar mövzu ilə bağlı sualları cavablandırıb, rebuslar, bulmacalar həll ediblər. Bundan sonra “Dirçəliş”  aktivistləri  məktəbli qızlara hicabın bağlanması haqda master-klass keçirərək onlara baş örtüyünün standart və kreativ üslublarını təklif ediblər.
Bundan əlavə, yaradıcı müsabiqə də tamaşaçılarda xoş təəssürat yaradıb: azyaşlı qızlar rəngli qələmlərdən istifadə edərək müxtəlif hicab rəsmləri çəkiblər.
Tədbirin sonunda “Məktəb”in bütün qız şagirdlərinə şirin hədiyyələr paylanıb.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …