Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Rus ordusu Ermənistanın İranla sərhədinə girdi

Rus ordusu Ermənistanın İranla sərhədinə girdi

Ermənistanın İranla sərhədin yaxınlığındakı yolun tikintisi sərhədi qoruyan Rusiya hərbiçilərinin tələbi ilə dayandırılıb.

Bu məsələdə Ermənistanda qalmaqala səbəb olub.

Ermənistan mediası bu hadisəni “İranla sərhəd bölgəsinin Rusiya tərəfindən alınması” kimi dəyərləndirir.

Erməni siyasi şərhçi Akop Badalyan yazır ki, Ermənistan kağız üzərində suveren dövlətdir: “Lakin Rusiya hərbiçiləri Ermənistana öz sərhədində təmir işləri aparmağa icazə vermir. Güman ki, İranla sərhədin mühafizəsi haqqında Rusiya-Ermənistan müqaviləsində rus hərbiçilərinə bu səlahiyyətlər verilib. Vaxtilə Ermənistanın sərhədlərin mühafizəsini ruslara verməsi anlayışla qarşılana bilər. Lakin bu gün niyə müqavilədən imtina edilmir? Ölkənin öz sərhədlərini mühafizə etməyə resursları çatmır, yoxsa Rusiya Ermənistanın İranla sərhədi üzərində nəzarəti itirməyi istəmir? Hər iki variant istisna deyil”.

Erməni şərhçi əlavə edir ki, indiyə qədər Rusiyanın Ermənistanın öz sərhədləri daxilində hərəkət etməyini məhdudlaşdıran addımları olub.

“Bu da növbəti hallardan biridir. Əslində bu İranla sərhədin Rusiya tərəfindən alınmasıdır. Yəni Ermənistan bu əraziləri faktiki itirib. Ermənistan hökuməti bu məsələ ilə bağlı dəqiq izahlar verməlidir”, – deyə o, bildirib/Publika.az.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …