Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Putin Paşinyanla 6 saziş imzalandı – Siyahı
MOSCOW, RUSSIA Ц SEPTEMBER 8, 2018: Armenia's Prime Minister Nikol Pashinyan (L) and Russia's President Vladimir Putin during a meeting at the Moscow Kremlin. Mikhail Metzel/TASS –осси€. ћосква. ѕремьер-министр јрмении Ќикол ѕашин€н и президент –оссии ¬ладимир ѕутин (слева направо) во врем€ встречи в  ремле. ћихаил ћетцель/“ј——

Putin Paşinyanla 6 saziş imzalandı – Siyahı

Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada keçirilən görüşdə 6 sənəd imzalanıb.

Bu barədə Ermənistan hökuməti məlumat yayıb.

İmzalanan 6 sənəd aşağıdakılardır:

– Ermənistan Əmək və Sosial İşlər Nazirliyi ilə Rusiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında Əməkdaşlıq Memorandumu;

– Ermənistan Ədliyyə Nazirliyinin İcra Xidməti ilə Rusiya Federal Məhkəmə İcraçıları Xidməti arasında 2022-2023-cü illər üçün əməkdaşlıq proqramı;

– Enerji və qeyri-enerji layihələri sahəsində Ermənistan-Rusiya əməkdaşlığının hərtərəfli proqramı;

– Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Departamenti ilə Ermənistan Qida Təhlükəsizliyinə Nəzarət arasında bitki karantini sahəsində informasiya sistemlərinin inteqrasiyası haqqında protokol;

– Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə Rusiya Mədəniyyət Nazirliyi arasında 2022-2025-ci illər üçün Mədəni Əməkdaşlıq Proqramı;

– Ermənistan Ədliyyə Nazirliyi ilə Rusiya Ədliyyə Nazirliyi arasında 2022-2023-cü illər üçün əməkdaşlıq proqramı.Axar.az

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …