Bazar ertəsi , May 6 2024
Ana səhifə / Dünya / Polis bölməsinə silahlı basqın – Ölən və yaralananlar var

Polis bölməsinə silahlı basqın – Ölən və yaralananlar var

Əfqanıstanın Kandaqar əyalətində, Pakistanla sərhəddə silahlılar polis bölməsinə hücum edib.

Azinforum.az  xəbər  verir  ki, “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 polis əməkdaşı həlak olub, 4-ü yaralanıb.

Məlumata əsasən, əvvəcə terrorçu-kamikadze polis bölməsinin qarşısında özünü partladıb. Daha sonra 3 silahlı bölməyə daxil olaraq asayiş keşikçilərinə atəş açıb. Əfqanıstan polisi silahlıların məhv edildiyini bildirib.

Hələlik heç bir terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Həmçinin oxuyun

Gürcüstan prezidenti Avropadan KÖMƏK İSTƏDİ

Gürcüstan prezidenti Salome Zurabişvili bu gün Tbilisidəki iqamətgahında toplaşdığı Avropa İttifaqına üzv ölkələrin səfirlərindən “xarici …