Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Polis avtoxuliqanların avtomobillərini belə məhv edir – VİDEO

Polis avtoxuliqanların avtomobillərini belə məhv edir – VİDEO

Avstraliyanın Viktoriya ştatında polis küçələrdə avtoşluq edən şəxslərdən müsadirə olunan 8 avtomobili məhv edib. Virtualaz.org xəbər verir ki, bununla bağlı “7 News Brisbane” saytı öz “Facebook” səhifəsində video paylaşıb.

Məhv edilən avtomobillər arasında “Nissan Skyline R33”, “Nissan Silvia S13” və pikap “Holden” avtomobili də var.

Bu avtomobillərin hər biri 2015-ci ilin sonu, 2016-cı ilin əvvəlində küçələrdə qanunsuz yarışlar edən şəxslərə qarşı aparılan reyd nəticəsində müsadirə olunublar.

Məsələn, “Nissan Skyline R33” avtomobilinin sahibi insanların təhlükəsizliyini pozmaqda ottiham olunur. Buna görə 2 min avstraliya dolları miqdarında cərimə olunub.

“Nissan Silvia S13” avtomobilinin sürücüsü isə 1250 avstraliya dolları dəyərində cərimə ödəyib və 9 aylıq sürücülük hüququndan məhrum edilib. Digər avtomobillərin sürücüləri də eyni cəzalar alıblar. Hətta bəzilərinin 18 aya qədər sürücülük hüququndan məhrum edildiyi bildirilir. Bundan başqa, polis küçə yarışlarının iki təşkilatçısını saxlayıb. Hazırda onlarla bağlı təhqiqat aparılır.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …