Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Paşinyan xarici siyasət prioritetini açıqlayıb

Paşinyan xarici siyasət prioritetini açıqlayıb

Bu gün Rusiya Dövlət Dumasının deputatları ilə görüşən Ermənistan müxalifətinin lideri Nikol Paşinyan xarici siyasətdə prioritetini açıqlayıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri müavini Viktor Vodolatskiy N. Paşinyanın xarici siyasətdə prioritetinin Rusiya ilə münasibətlər olacağını bəyan etdiyini bildirib.

V. Vodolatskiy deyib ki, N. Paşinyan Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Ermənistan sərhədlərinin rusiyalı hərbçilər tərəfindən qorunmasının tərəfdarı olduğunu qeyd edib.

Qeyd edək ki, aprelin 13-də başlayan etiraz aksiyaları nəticəsində baş nazir Serj Sərkisyan istefa verib. Aprelin 25-də Daşnaksütun Partiyası Respublika Partiyası ilə formalaşdırılan hakim koalisiyadan çıxdığını elan edib. Parlament mayın 1-də yeni baş naziri seçməlidir. Dünən hakim Respublika Partiyası baş nazir postuna namizəd irəli sürməyəcəyini bəyan edib. Artıq bir neçə partiya N. Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləməyə hazır olduğunu bəyan edib.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …