Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / “Lənkəranski”nin adamlarının “Lotu Quli”yə qarşı planlaşdırdığı sui-qəsd cəhdində şok faktlar

“Lənkəranski”nin adamlarının “Lotu Quli”yə qarşı planlaşdırdığı sui-qəsd cəhdində şok faktlar

Kriminal avtoritet “Lotu Quli” Nadir Səlifova qarşı sui-qəsd planı hazırlayan dəstə ilə bağlı yeni faktlar ortaya çıxıb.
Avropa.info xəbər verir ki, İstanbul polisinə yaxalanan “Şirinlər” və “Canıyev” dəstəsi ilə bağlı məlumatı Türkiyə mətbuatı yayıb.
Türkiyə mətbuatının yazdığına görə, Bahçelievlərdəki “Ömür Plaza”da keçirilən xüsusi əməliyyat zamanı kriminal aləmdə “Şirinlər Qrupu” olaraq bilinən “Max” ləqəbli Mehmet Sabri Şirin və yaxınları saxlanılmışdı.
Polis saxlanılanların telefonlarında araşdırma apararkən təsbit edib ki, Nadir Səlifovun qaldığı evi basmaq üçün hazırlanan 14 nəfərlik qrupa “Lənkəranski”nin qardaşı Namiq Canıyev liderlik edib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırmaları zamanı o da məlum olub ki, “Lotu Quli” Azərbaycandan İstanbula getdiyi ərəfədə dəstə üzvləri tərəfindən görüşlər həyata keçirilib.
Bundan əlavə, Canıyevin dəstəsindən olan Orxan İsmayılovun və “Şirinlər” qruplaşmasından olan Hacı Ömər E.-nin telefonlarında eyni evə aid fotolar tapılıb. Həmin fotolarda Nadir Səlifovun yaşadığı evin şəkillər olduğu təsbit edilib.
Polis fotoların kəşfiyyat xarakteri üçün çəkildiyini müəyyən edib. Dəstə üzvüləri cinayət planlarının etiraf etməsələr də telefondakı fotolar dəlil olaraq qəbul edilib, saxlanılanların barəsində həbs qərarı seçilib.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …