Ana səhifə / Dünya / Kubalı pilot SSRİ-nin dərmansəpən təyyarəsi ilə ABŞ-a qaçıb

Kubalı pilot SSRİ-nin dərmansəpən təyyarəsi ilə ABŞ-a qaçıb

Kubalı pilot ölkəsindən təyyarə ilə qaçaraq ABŞ-ın Florida ştatına enib.
“Figaro” qəzetinin xəbərinə görə, Martinez Maşado adlı pilot ABŞ-a sovet istehsalı olan “An-2” tipli təyyarə ilə qaçıb.

Kubanın mərkəzi regionlarında işləyən pilot özölkəsindən qaçdığını bildirib. ABŞ tərəfi hələ ki Havanaya bu barədə rəsmi məlumat verməyib.

Kubanın Milli Aviasiya Xidməti bildirir ki, Martinez Maşado kənd təsərrüfatı bitkilərini dərmanlamaqla məşğul idi. O, gün ərzində ikinci reysi yerinə yetirdikdən sonra aerodroma qayıtmayıb.

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşdü (FOTO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səkkiz illik fasilədən sonra ilk dəfə CHP lideri Özgür Özel …