Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Jeenbekov prezidentliyin bir addımlığındadır

Jeenbekov prezidentliyin bir addımlığındadır

Qırğızıstanda keçirilən prezident seçkilərində səslərin 1,5 milyondan çoxu sayılıb.

“RİA Novosti”-nin məlumatına görə, hakim Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekov səslərin 55 faizini qazanıb.

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurcan Şayldabekova keçirdiyi mətbuat konfransında bildirib ki, səsvermədə 1 milyon 557 min 225 seçici iştirak edib.

Hazırki məlumata əsasən, Soornbay Jeenbekov 55 faiz (885 min 649) səs qazanıb. Onun əsas rəqibi olan müxalifətçi Omurbek Babanov isə 529 min 118 səs toplayıb.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …