Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Dünya / İranın birinci vitse-prezidenti xalqdan üzr istədi

İranın birinci vitse-prezidenti xalqdan üzr istədi

İranın birinci vitse-prezidenti İshaq Cahangiri ölkədəki problemlərə görə əhalidən üzr istəyib.

“Report” xəbər verir ki, İ.Cahangiri Tehranda yeni istifadəyə verilən məktəbin açılışında deyib: “İrana psixoloji təzyiqlər edilir. Bəziləri bundan istifadə etməyə cəhd göstərir. Mən İrandakı problemlərə və bir sıra çatışmazlıqlara görə xalqdan üzr istəyirəm”.

O, əhalinin rifah halının pisləşdiyini etiraf edib: “Bu problemlərin çoxu ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən yaranıb. Bəzi çətinliklər isə hökumətin düzgün olmayan proqramından doğub. Əgər doğru-düzgün proqram hazırlanarsa, onda bütün problemləri həll edə biləcəyik”.

Həmçinin oxuyun

HƏMAS İsrailin atəşkəs təklifinə razılıq verib

HƏMAS terror təşkilatı İsraillə ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında aparılan müharibədə atəşkəsə razılıq …