Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Biri liseydə müəllim, digəri isə evin tək övladı idi…

Biri liseydə müəllim, digəri isə evin tək övladı idi…

Dünən Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində 13 yaşlı məktəbli və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu dünyasın dəyişib.

“Qafqazinfo” xəbər verir ki, Unikal.org qəza nəticəsində dünyasını dəyişən şəxslərin kimliyini araşdırıb.

Məlum olub ki, 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu Abşeron Binə Peşə Liseyində müəllim işləyib. O, uzun illərdir liseydə xüsusi fənlər (traktor və avtomobillər) üzrə dərs deyib. Ş.Əliyev yaşının çox olmasına baxmayaraq subay olub, övladı olmayıb. Nizam-intizamlı müəllim olub.

Dünyasını dəyişən 13 yaşlı Yusif Tahir oğlu Dadaşzadə Bakının Xəzər rayonu 218 saylı məktəbinin 7-ci sinif şagirdi olub. O, ailənin tək övladı olub.


Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …