Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / İranda güclü zəlzələ – 5 ölü, 120 yaralı + Fotolar + Yenilənib

İranda güclü zəlzələ – 5 ölü, 120 yaralı + Fotolar + Yenilənib

İranın şimal-qərbində 5,8 bal gücündə zəlzələ olub. “Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, dağıdıcı yeraltı təkan nəticəsində azı 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Zəlzələ Şərqi Azərbaycan əyalətində qeydə alınıb. Yeraltı təkanların episentri Təbrizdən 118 kilometr aralıqda yerləşib.

Daha əvvəl xəbər verdiyimiz kimi, zəlzələ Azərbaycanın İranla sərhəd rayonlarında da hiss edilib.

**

İranın şimal-qərbində baş verən 5,8 bal gücündə zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı artıb. 

“Qafqazinfo”nun “PRESS TV”yə istinadən məlumatına görə, azı 5 nəfər ölüb, 120-dən çox insan xəsarət alıb. 

Fövqəladə hadisə yerinə səkkiz xilasedici komanda göndərilib. 

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …