Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / İranda etiraz aksiyaları zamanı 47-si uşaq olmaqla 378 nəfər öldürülüb

İranda etiraz aksiyaları zamanı 47-si uşaq olmaqla 378 nəfər öldürülüb

Məhsa Aminin ölümü ilə nəticələnən etirazların dağıdılması zamanı İranın güc strukturlarının əməkdaşları tərəfindən azı 378 nəfər, o cümlədən 47 uşaq öldürülüb. 

Bu barədə İranın İnsan Haqları təşkilatının direktoru Mahmud Əmiri-Müqəddam “Agence France-Presse” (AFP) agentliyinə bildirib.

“16 sentyabrdan bu günə kimi 47-si uşaq olmaqla azı 378 etirazçı repressiv qüvvələr tərəfindən öldürülüb”, – o vurğulayıb.

Qeyd edilir ki, son günlər ölənlərin sayı daha 36 nəfər artıb.

İranın Pakistanla cənub-şərq sərhədində yerləşən Sistan-Bəlucistan əyalətində azı 123 nəfər, Kürdüstan və Tehran əyalətlərində 40, Qərbi Azərbaycan vilayətində isə 39 nəfər həlak olub.

Təşkilat rəhbəri BMT-nin İnsan Haqları Şurasının gələn həftə keçiriləcək iclası ərəfəsində rejimin yalançı təbliğat kampaniyası aparması barədə də xəbərdarlıq edib.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …