Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / İranda deputatlar ABŞ bayrağını yandırdı – VİDEO

İranda deputatlar ABŞ bayrağını yandırdı – VİDEO

İran parlamentinin iclasında deputatlar ABŞ-ın nüvə razılaşmasından imtina etməsinə etiraz olaraq bu ölkənin bayrağını və razılaşmanın mətnini yandırıblar. 

AzVision.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb. Məlumatda qeyd olunub ki, parlamentin iclası zamanı bəzi millət vəkilləri “ABŞ-a ölüm” kimi şüarlar səsləndiriblər.

İran parlamentinin sədri Əli Laricani çıxışında ABŞ əleyhinə sərt ifadələr işlədib: “ABŞ-ın razılaşmadan imtina etməsi Trampın problemi həll etmək üçün ağlının olmadığını göstərdi. Trampın qərarı beynəlxalq sülhə və təhlükəsizliyə təhdidir”.

Laricani, həmçinin bildirib ki, İranın Atom Enerji Təşkilatı nüvə fəaliyyətinə yenidən başlamaq üçün hazır olmalıdır.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …