Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Hulusi Akar:”Rusiya Türkiyəyə verdiyi sözü tutmadı”

Hulusi Akar:”Rusiya Türkiyəyə verdiyi sözü tutmadı”

Rusiya Türkiyəyə verdiyi sözü tutmadı.

Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Ankara və Moskva razılıq əldə etmişdi ki, Rusiyanın vasitəçiliyi ilə YPG silahlıları Suriyanın Tel-Rifat rayonunu tərk edəcək:

“Təəssüf ki, YPG silahlıları rayonda qalmaqdadır və müntəzəm olaraq Türkiyə ordusunun azad etdiyi əraziləri atəşə tutur”.

Nazir qeyd edib ki, ümumilikdə Türkiyə və Rusiyanın Suriyada birgə fəaliyyəti regionda sülh və sabitliyin təminatına yönəlib.

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …