Türkiyənin məşhur “Güldür Güldür” şousunun Almaniya turu faciə ilə bitib.
Qaynarinfo Türkiyə mətbuatına istiandən xəbər verir ki, paytaxt Berlində şounun baş tutacağı salonun qarşısında 2 qrup arasında toqquşma olub. Silahların işə düşdüyü davada 1 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb. İnsident iştirakçıları daha sonra hadisə yerindən qaçıblar. Davanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Almaniya mətbuatı hadisəni “Türklərin şousundan sonra Berlində silahlı toqquşma oldu” başlığı ilə yayımlayıb.
Ölən şəxsin türkiyəli olduğu bildirilib, lakin kimliyi açıqlanmayıb.
Həmçinin oxuyun
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …