Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Gül sükutu pozdu: “Yaşananlar Türkiyəyə inama zərbə vurur”

Gül sükutu pozdu: “Yaşananlar Türkiyəyə inama zərbə vurur”

Türkiyənin 11-ci prezidenti Abdulla Gül bələdiyyə seçkilərindən sonra Türkiyədə yaşananlara münasibət bildirib.

Sputnik Azərbaycan Habertürk-ə istinadən xəbər verir ki, seçkilərdən sonrakı vəziyyəti qiymətləndirən eks-prezident yaşananların daxildə və xaricdə Türkiyəyə olan inama ziyan vurduğunu deyib: “1950-ci ildən bu yana Türkiyədə keçirilən heç bir seçki bu qədər mübahisəli olmamışdı. Seçkilərin nəticələri ilə bağlı mübahisələrin daha da artması təəssüfləndiricidir”.

Qeyd edək ki, Gül daha öncə də çıxış edərək, AKP iqtidarını düzgün siyasət aparmağa çağırmışdı.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …