Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Fransada skandal olay: Şagird “erməni soyqırımı”na etiraz etdiyinə görə…

Fransada skandal olay: Şagird “erməni soyqırımı”na etiraz etdiyinə görə…

Fransa qanunvericiliyinə görə, 1915-ci il olaylarını inkar etmək məsuliyyət yaratmadığı halda Altay adlı türk şagird dərsdə müəlliminin qondarma soyqırım haqda iddialarına etiraz etdiyi üçün həbs təhdidi ilə üz-üzə qalıb.

“Anadolu” agentliyinə danışan Altay buna görə təzyiqlərə məruz qaldığını deyib.

Burqundiya-Franş-Kont bölgəsində yaşayan Altay müəlliminin 2 saatlıq dərsinin bir saatının hamısını ermənilərin qondarma iddialarına ayırdığını bildirib. 40 dəqiqə ərzində tez-tez “Türklər erməniləri, mülki şəxsləri öldürdülər” ifadəsinə yer verdiyini söyləyib.

“Sonda dayana bilmədim, sakitcə bunlara sübutunun olub-olmadığını soruşdum. Müəllim mənə qəzəblənərək “Buna necə etiraz edə bilərsən?” dedi. Mən də sakitcə bildiklərimdən danışdım. Bir şagird də, bundan sonra qışqıraraq üstümə gəldi. Mən yenə də sakitliyimi qorudum”, – Altay bildirib.

Şagird müəlliminin onu həbslə qorxutduğunu bildirib.

Altay atasında məktəb rəhbərliyinin ona 1 ilə qədər həbs cəzası verilə biləcəyini söylədiyini bildirib. O, Fransa qanunvericiliyinə görə, qondarma erməni soyqırımının inkarının cinayət olmadığını da diqqətə çatdırıb. Teleqraf.com

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …