Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Dünyanın ən yaxşı restoranlarının reytinqi açıqlanıb – TOP-10

Dünyanın ən yaxşı restoranlarının reytinqi açıqlanıb – TOP-10

“The Restaurant” jurnalı dünyanın ən yaxşı restoranlarının reytinqini (“World’s 50 Best Restaurants 2019”) tərtib edib.
“APA-Economics”in sözügedən jurnala istinadən verdiyi məlumata görə, siyahının ilk pilləsində Fransanın Menton şəhərində yerləşən “Mirazur” restoranı qərarlaşıb. Restoranın şəxsi bağçası və balıq yeməkləri ilə tanınır. 2006-cı ildə açılan bu iaşə obyekti arıq 3 ildən sonra sözügedən reytinqdə ilk dəfə yer alıb. 2019-cu ildə isə restoran “Michelin”in üçüncü ulduzuna layiq görülüb.
Qeyd edək ki, bu reytinq 2002-ci ildən etibarən hazırlanır və müxtəlif ölkələrdən olan 800-dən çox aşpaz, restorator və tənqidçilərin fikrinə əsaslanır.
Dünyanın TOP-10 ən yaxşı restoranı:

#RestoranŞəhər
1MirazurMenton, Fransa
2NomaKopenhagen, Danimarka
3Asador EtxebarriAçondo, İspaniya
4GagganBanqkok, Tailand
5GeraniumKopenhagen, Danimarka
6CentralLima, Peru
7MugaritzSan-Sebastyan, İspaniya
8ArpègeParis, Fransa
9DisfrutarBarselona, İspaniya
10MaidoLima, Peru

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …