Çərşənbə , May 8 2024
Ana səhifə / Dünya / Dünyada koronavirusun ən çox yayıldığı ölkələrin adları məlum oldu – SİYAHI

Dünyada koronavirusun ən çox yayıldığı ölkələrin adları məlum oldu – SİYAHI

ABŞ-ın COVID-19-la bağlı hesablamalar aparan Con Hopkins Universiteti dünyanın ayrı-ayrı ölkələrində koronavirus pandemiyası ilə bağlı son statistikanı açıqlayıb.

“Report” universitetin saytına istinadən xəbər verir ki, hazırda dünyada ümumilikdə 1 920 618 koronavirus xəstəsi var. Koronavirusun ilk dəfə aşkarlandığı ötən ilin dekabrından bu günə kimi ümumilikdə 119 687 nəfər bu virusdan dünyasını dəyişib.

Bəs COVID-19-un ayrı-ayrı ölkələr üzrə yayılması, insan itkiləri ilə bağlı vəziyyət necədir?

Hazırda koronavirusa ən çox yoluxma Amerika Birləşmiş Ştatlarında qeydə alınıb. Bu ölkədə 582 607 COVD-19 infeksiyası daşıyıcısı var. ABŞ-da 23 628 nəfər pandemiyanın qurbanı olub. ABŞ hər iki göstərici üzrə dünyada birinci yerdədir.

Siyahıda ikinci yerdə 170 099 yoluxma halı ilə İspaniya qərarlaşıb. Bu ölkədə həkimlər 17 756 nəfəri virusun pəncəsindən xilas edə bilməyiblər.

İtaliyada da vəziyyət ürək açan deyil. COVID-19 infeksiyasına 159 516 yoluxmanın təsdiqləndiyi bu ölkədə 20 465 nəfər virusdan ölüb.

Həmçinin oxuyun

Qırğızıstan-Tacikistan sərhədində atışma baş verib

Qırğızıstan və Tacikistan sərhədində atışma hadisəsi meydana gəlib. AzVision.az xəbər verir ki, hadisə ilə bağlı Qırğızıstanın …