Ana səhifə / Bölgələr / Sərhəddən yalnız cənazə keçirməyə icazə var – General

Sərhəddən yalnız cənazə keçirməyə icazə var – General

Qonşu ölkələrdən sərhədin açılması üçün ən çox Rusiyada yaşayan azərbaycanlılar müraciət ediblər.

Bunu “Xəzər Xəbər”ə müsahibəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd nəzarətinin rəisi, general-leytenant Abbas Xəlilov deyib. Abbas Xəlilovun sözlərinə görə, Dövlət Sərhəd Xidməti və digər aidiyyatı qurumlar Rusiyada yaşayan vətəndaşlarımıza bütün mümkün vasitələrlə sərhədin bağlandığını və bununla bağlı növbəti qərar olana qədər gözləməyi tövsiyə ediblər. Ancaq Rusiyada yaşayan vətəndaşların müraciətləri hələ də davam etməkdədir.

Sərhəd nəzarətinin rəisi Rusiyada, eləcə də digər qonşu ölkələrdə yaşayan vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət etməyə çağırıb. General-leytenant Abbas Xəlilov bildirib ki, qonşu dövlətlərdən sərhədi keçid yalnız cənazəsi olan şəxslər üçün mümkündür. İndiyə qədər qonşu dövlətlərdən 24 cənazənin keçidi təmin edilib. Bu zaman isə yenə xüsusi qaydalara əməl etmək vacibdir.

Sərhəd nəzarətinin rəisi onu da bildirib ki, sərhədlər bağlı olsa da yük daşımaları ilə bağlı hər hansı problem mövcud deyil və bu proses heç bir ləngimə olmadan həmişəki kimi davam etdirilir.

Həmçinin oxuyun

Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.   “Xəzər Xəbər”in qaynar xəttinə müraciət …