Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Çavuşoğlu: “Fransa sülhü baltalayır, belə ölkələr həmsədrlikdən çıxarılmalıdır”

Çavuşoğlu: “Fransa sülhü baltalayır, belə ölkələr həmsədrlikdən çıxarılmalıdır”

“Torpaqların təhvil verilməsi məsələsindən ATƏT-in Minsk Qrupunun həmsədrləri də dərs çıxarmalıdırlar”.
Bunu Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan mediasının suallarının cavablandırarkən bildirib. 
Onun sözlərinə görə, Fransa bu müddətdə mənfi münasibət sərgilədi:
“Tərəfli açıqlamalar verir. Bunlar da 30 ildir məsələnin niyə həll olunmadığını göstərir. Fransanın atəşkəslə bağlı fikrinə Azərbaycan Prezidenti İlham Əliyev müsbət cavab verdi. Amma Azərbaycanın bu cür cavabına rəğmən, Fransa hər zaman Ermənistanı dəstəklədi. Atəşkəsdən sonra yenə də mənfi açıqlamasını göstərir, hətta Türkiyəni günahlandırır.
Bu cür hallar davam edərsə, bu ölkələr həmsədrlikdən çıxarılmalıdır. Fransa məsələyə qarşı aqressivləşir və sülhü baltalamağa çalışır. Bundan sonra da heç bir ölkə haqsız ölkəni dəstəkləyərək, bu müddəti baltalamasın”.
“Biz hər şərtdə Azərbaycanın yanında olmağa davam edəcəyik”, – deyə o qeyd edib. 

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …