Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Dünya / Bu gün İranda prezidentliyə namizədlərin qeydiyyatı başlayır

Bu gün İranda prezidentliyə namizədlərin qeydiyyatı başlayır

İranda prezident kürsüsünə namizədlərin qeydiyyatı mayın 11-də başlayacaq.

“Report” İRNA agentliyinə istinadən xəbər verir ki, namizədlərin siyahısına daxil olmaq üçün müraciətlər mayın 15-dək qəbul ediləcək.

Xatırladaq ki, İranda 13-cü prezident seçkisi iyunun 18-ə təyin edilib.

Prezident seçkisində iştirak etmək istəyənlərin yaşı 40-dan aşağı və 75-dən yuxarı ola bilməz.

Qanunlara görə, seçkidə iştirak etmək istəyənlər qeydiyyatdan keçdikdən sonra İran Konstitusiyasının Mühafizə Şurası (Konstitusiya Qəyyumları Şurası) tərəfindən təsdiqlənməlidir. Şura tərəfindən təsdiqlənən namizədlərin adları mayın 26-27-də açıqlanacaq.

Namizədlər bundan sonra, mayın 28-dən iyunun 16-a qədər seçkiqabağı təbliğat-təşviqat kampaniyası apara biləcəklər. İyunun 17-də və səsvermə günü, yəni iyunun 18-də təşviqat qadağan ediləcək.

Həmçinin oxuyun

Putin: Navalnını Qərb ölkələrində saxlanılan rusiyalılarla dəyişməyə razılaşmışdım, amma o öldü

Rusiya Prezidenti Vladimir Putin həbsxanada vəfat edən Aleksey Navalnın mübadiləsinə razılıq verdiyini söyləyib. Bu barədə …